Pedri: "Paris Saint-Germain ilə matç mənim karyeramdakı ən vacib oyun olacaq."

Pedri

"Barselona"nın kataloniyalı yarımmüdafiəçisi Pedri Çempionlar Liqasının 1/4 finalında "Paris Saint-Germain"lə cavab oyunu ilə bağlı proqnozlarını bölüşüb:

“Komanda bu oyunu səbirsizliklə gözləyir. Şəxsən mən çətin dövrlərdən keçdim, amma qayıtdığım üçün çox şadam. Bu, karyeramın Avropa çempionatının yarımfinal mərhələsi ilə bərabər ən vacib oyunudur. Biz çox bərabər iki komandayıq və eyni şəkildə oynamaq istəyirik. Tamaşaçılar üçün yaxşı bir matç olacaq.

Paris Saint-Germain bütün gücü ilə gələcək. İlk matçın nəticəsini unudaraq bu matça yaxınlaşmalıyıq. Sabah daha diqqətli olmalıyıq. "Parisə qayıtmaq əla idi, amma biz bir daha bu vəziyyətdə olmaq istəmirik."

Şərh yaz

e-poçt adresiniz dərc olunmayacaq. Məcburi sahələr ilə göstərilir *